Bu gün səhər saatlarında Binəqədı rayonu Əcəmi Naxçıvani küçəsində, Tərgül ticarət mərkəzinin yaxınlığında Baku Bus avtobusu qəza törədib. Qəzada xəsarət alan sərnişinlərdən biri bu barədə öz facebook səhifəsində yazıb və qəzanın fotolarını paylaşıb:
“Səhər tezdən isə gedərkən 400 min dollarlıq Baku Bus avtobusu döngəni dönə bilməyərək yolun kənarında dayanan, sürücüsü də olmayan, içi boş qazele girdi və bir neçə saniyə ərzində 3dəfə toqquşma oldu. Qolum bir az əzildi sadəcə. Düşəndə gördüm ki, avtobus qazeli 10-15 m irəli surukləyib”.

