Yanvarın 23-də saxlanılan blogger Xalid Xanlarova 25 sutkalıq cəza verilib.
Bu barədə Meydan TV-yə bloggerin dostları məlumat verib.
Xalid Xanlarov İnzibati Xətalar Məcəlləsinin \”Polisə müqavimət\” maddəsi ilə cəzalandırılıb. Dostlarına verdiyi məlumata görə, Xalid Xanlarov həbs olunmazdan bir gün əvvəl DİN-ə Facebook sosial şəbəkəsindəki fəaliyyətinə görə ifadə verməyə çağırılmışdı.
Aktiv Facebook istifadəçisi DİN-in İnzibati Asayişi Pozanların Saxlanma Həbsxanasında saxlanılır.
20 yaşlı blogger Qafqaz Universitetinin 3-cü kurs tələbəsidir.
İnterpress.az