İnterpress-in məlumatına görə, ümumi sahəsi 4 kv.m olan gözətçi köşkü, yaxınlıqda dayanan, 2 ədəd \”Kamaz\” markalı yük avtomobilinin birinin banının taxta üzlüyü 1 kv.m, banına yığılan, 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü 2 kv.m, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı və yaxınlıqda dayanmış“Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb.
Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, həmçinin yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ötən ilin oktyabr ayında Saatlı rayonu mərkəzi bazarında iri miqyaslı yanğın hadisəsi baş verib. Ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb. Ticarət mərkəzinin xeyli hissəsi tamamilə yanıb. Ticarət mərkəzinin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilərək, yanğı söndürülüb.
İnterpress.az