Qeyd edək ki, kampaniya müddətində Kapital Bankdan “Gündəlik tələbat” növü üzrə kredit əldə edən müştərilər lotereyada iştirak etmək hüququ qazanıblar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
İnterpress.az