İnterpress.az-ın verdiyi xəbərə görə, bu gün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Bərabər və Məsuliyyətli Cəmiyyət üçün İnklüziv Qərarlar” (IDEAS) layihəsi çərçivəsində British Council Azərbaycan “Ölkə Seminarı” adlı son bağlanış mərasimini keçirdi. Bu gün baş tutan tədbirin ilk hissəsində Azərbaycanda 3 il ərzində keçirilən layihənin məqsəd və nəticələrindən danışıldı. Tədbirin ikinci mərhələsi isə inkluziv qərar vermə, effektiv inkişaf və layihənin monitorinq və qiymətləndirməsinə həsr olundu. Tədbirdə iştirak edəcək 45 iştirakçıdan biri də, Qarabağ müharibəsində görmə qabiliyyətini itirimiş, 2008-ci il Olimpiya çempionu İham Zəkiyev idi. Qeyd edək ki, Azərbaycan 2013-cü ildən bəri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və British Council tərəfindən icra olunan Bərabər və Məsuliyyətli Cəmiyyət üçün İnklüziv Qərarlar (IDEAS) üzrə layihədə iştirak edən altı ölkədən biridir. IDEAS layihəsinin məqsədi əlillik məsələləri üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının yerli hökumətlə əməkdaşlığını gücləndirməkdir. O diqqəti əlilliyi olan insanların siyasət formalaşdırma prosesində daha yaxşı təmsil olunması, onların hüquqlarının daha yaxşı anlaşılması və müdafiəsinin təmin olunması üzərində cəmləməyə kömək edir. Bu layihə Gürcüstan, Ermənistan, İordaniya, Livan və Ukraynada da həyata keçirilib.
İnterpress.az