Erməni deputat Azərbaycanın lehinə səs verdibackend

Erməni deputat Azərbaycanın lehinə səs verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə erməni saytları xəbər verib.

Yesayan hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan millət vəkilidir. Fransanın Strasburq şəhərində başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində bu gün Azərbaycan üzrə iki məruzə müzakirə olunur.

Bunlar Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” və Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olan parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatlardır.

Artıq hesabatlar birinin – Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatın müzakirəsi baş tutub. Müzakirənin sonunda hesabat tam şəkildə səsə qoyulub. Lehinə 66, əleyhinə 70 nəfər, bitərəf 45 nəfər olmaqla, sənəd keçməyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 25-dən başlayıb və yanvarın 29-dək davam edəcək. Azərbaycan nümayəndə heyətinə Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildir.

Sessiya çərçivəsində Bolqarıstan prezidenti Rosen Plevneliyevin çıxışı də gözlənilir. Bundan başqa deputatlar Avropada miqrant böhranı, Suriya və İraqda xarici döyüşçülər, Kosovoda vəziyyət, Avropa standartlarını və dəyərlərini qorumaqla beynəlxalq terrorizmlə mübarizə, Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin qorunması və digər mövzularda fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, keçən il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə keçirilən təkrar seçkilərin nəticəsinə görə 3 erməni deputat parlamentə daxil olub. Bunlar İstabulun 2-ci seçki dairəsində Cumhuriyyət Xalq Partiyasının üzvü Selin Doğan, eyni dairədə Ədalət və İnkişaf Partiyasının üzvü Markar Yesayan və İstanbul 3-cü seçki dairəsində Xalqların Demokratik Partiyasının üzvü Karo Paylandır. Seçkilərdə Ədalət və İnkişaf Partiyası səslərin 49,4 faizini toplayaraq deputat yerlərinin əksəriyyətinə yiyələnib. ( anspress.com )

İnterpress.az