Hökumət əhali ilə görüşlərə səfərbər oldu – Qrafikbackend

Hökumət əhali ilə görüşlərə səfərbər oldu – Qrafik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress” xəbər verir ki, qrafikdə yanvarın 28-dən fevralın 12-dək olacaq görüşlər öz əksini tapıb. Əgər bundan əvvəlki dövrlərdə hər nazirin ay ərzində 1 görüşü nəzərdə tutulurdusa, bu dəfə görüş sayı bir neçə dəfə artırılıb. Məsələn, yarım aylıq üçün hazırlanan hazırkı qrafikdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 3, Vergilər naziri Fazil Məmmədovun 2, həmçinin digər nazirlərin də bir neçə görüşü nəzərdə tutulub.

Bundan başqa əvvəlki dönəmdən fərqli olaraq bu dəfə Prezident Administrasiyasının şöbə müdirləri (Əli Həsənov, Novruz Məmmədov, Zeynal Nağdəliyev və s.), Baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclis sədrinin müavinləri, Mərkəzi Bankın sədri Elman Rüstəmov və digər vəzifəli şəxslər də vətəndaşlarla görüşəcəklər.(qafqazinfo)

Hökumət əhali ilə görüşlərə səfərbər oldu - Qrafik

Hökumət əhali ilə görüşlərə səfərbər oldu - Qrafik

Hökumət əhali ilə görüşlərə səfərbər oldu - Qrafik

İnterpress.az