Bunu MMC-nin direktoru Azər Nəsibov bildirib.
“Aqroparkda ikinci mərhələdə gündəlik emal gücü 50 ton olan süd emalı zavodunun, 10 hektar ərazidə müasir istixana kompleksinin və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Süd emalı zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar bazara çıxarılacaq. Həmçinin yem zavodunda istehsal olunan qüvvəli yem regionda fəaliyyət göstərən təsərrüfatlara satılacaq. Hazırda aqroparkda 100 nəfər çalışır və layihələrin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaq”.
Azər Nəsibov qeyd edib ki, Xaçmaz rayonunun Yalama qəsəbəsində “Südlük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi”nin bazasında 523 hektar ərazidə “Yalama Aqropark” yaradılıb. Layihənin ilkin mərhələsinə uyğun olaraq, dövlətin dəstəyi ilə infrastruktur qurulub, ərazidə ABŞ-ın “VALMONT” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə 385 hektar ərazidə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan müasir yem zavodu və xammala tələbatın fasiləsiz ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan müasir taxıl anbarı kompleksi inşa edilib və taxıl anbarlarında məhsulun keyfiyyətli saxlanması üçün tədarük gücü saatda 30 ton olan müasir qurutma avadanlıqları quraşdırılıb. Eyni zamanda, aqroparkda çalışan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün 40 çarpayılıq yataqxana inşa edilib.
2500 BAŞLIQ HEYVANDARLIQ KOMPLEKSİ YARDIR
MMC-nin direktoru əlavə edib ki, “Aqrolizinq” ASC vasitəsilə təsərrüfata “Simmental” cinsindən olan 469 baş heyvan gətirilib, yaxın günlərdə daha 500 baş cins heyvan gətiriləcək. 1000 baş sağmal olmaqla 2500 başlıq müasir heyvandarlıq kompleksində tikinti-quraşdırma işləri mart ayında yekunlaşacaq.
2015-ci ildə təsərrüfatda silosluq və dənlik qarğıdalı üzrə hər hektardan respublika üzrə orta göstəricidən iki dəfə çox məhsul əldə edilib. Təsərrüfatda növbəli əkin sistemi tətbiq olunmaqla, müxtəlif kənd təsərrüfatı bitkiləri – 128 hektar yonca və 228 hektar arpa əkilib ki, bu da heyvandarlıq kompleksinin yemə olan ehtiyacını tamamilə ödəyəcək. Bununla yanaşı, aqroparkda özəl aqroservis yaradılıb və bu texnikaların xidmətindən ətraf kəndlərin fermerləri də yararlanır.“Marja” xəbər verir ki, bunu MMC-nin direktoru Azər Nəsibov bildirib.
“Aqroparkda ikinci mərhələdə gündəlik emal gücü 50 ton olan süd emalı zavodunun, 10 hektar ərazidə müasir istixana kompleksinin və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Süd emalı zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar bazara çıxarılacaq. Həmçinin yem zavodunda istehsal olunan qüvvəli yem regionda fəaliyyət göstərən təsərrüfatlara satılacaq. Hazırda aqroparkda 100 nəfər çalışır və layihələrin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaq”.
Azər Nəsibov qeyd edib ki, Xaçmaz rayonunun Yalama qəsəbəsində “Südlük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi”nin bazasında 523 hektar ərazidə “Yalama Aqropark” yaradılıb. Layihənin ilkin mərhələsinə uyğun olaraq, dövlətin dəstəyi ilə infrastruktur qurulub, ərazidə ABŞ-ın “VALMONT” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə 385 hektar ərazidə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan müasir yem zavodu və xammala tələbatın fasiləsiz ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan müasir taxıl anbarı kompleksi inşa edilib və taxıl anbarlarında məhsulun keyfiyyətli saxlanması üçün tədarük gücü saatda 30 ton olan müasir qurutma avadanlıqları quraşdırılıb. Eyni zamanda, aqroparkda çalışan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün 40 çarpayılıq yataqxana inşa edilib.
2500 BAŞLIQ HEYVANDARLIQ KOMPLEKSİ YARDIR
MMC-nin direktoru əlavə edib ki, “Aqrolizinq” ASC vasitəsilə təsərrüfata “Simmental” cinsindən olan 469 baş heyvan gətirilib, yaxın günlərdə daha 500 baş cins heyvan gətiriləcək. 1000 baş sağmal olmaqla 2500 başlıq müasir heyvandarlıq kompleksində tikinti-quraşdırma işləri mart ayında yekunlaşacaq.
2015-ci ildə təsərrüfatda silosluq və dənlik qarğıdalı üzrə hər hektardan respublika üzrə orta göstəricidən iki dəfə çox məhsul əldə edilib. Təsərrüfatda növbəli əkin sistemi tətbiq olunmaqla, müxtəlif kənd təsərrüfatı bitkiləri – 128 hektar yonca və 228 hektar arpa əkilib ki, bu da heyvandarlıq kompleksinin yemə olan ehtiyacını tamamilə ödəyəcək. Bununla yanaşı, aqroparkda özəl aqroservis yaradılıb və bu texnikaların xidmətindən ətraf kəndlərin fermerləri də yararlanır.(marja)
İnterpress.az