\”Sovetski\”də verilən kompensasiya ilə razı olan vətəndaşların evlərinin söküntüsü davam edir. Artıq Abdulla Şaiq və Əli bəy Hüseynzadə küçəsindəki evlərin əksəriyyəti sökülüb. Lakin şəhərin mərkəzində evinin kvadratına verilən 1500 manat kompensasiya ilə razılaşmayan sakinlər devalivasiyadan sonra bütün ümidlərini itiriblər.
İnterpress.az-ın verdiyi xəbərə görə, “Sovetski” də söküləcək evlər Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev küçəsi (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Bu barədə icradan geniş məlumat verilməsə də, Bakı Arxitektura İdarəsində Sovetskinin gələcək maketinə baxanda bəlli olur ki, burada park salınacaq. Bu park əslində Bakını üzük qaşı kimi əhatəyə alacaq.
İnterpress.az