Azərbaycanda sərnişin qatarı daşa basılıb, cinayət işi açıldıbackend

Azərbaycanda sərnişin qatarı daşa basılıb, cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda məlumat verən nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov hadisə ilə bağlı cinayət işi açıldığını bildirib:

“Yanvarın 22-si saat 23 radələrində Böyük kəsik-Bakı sərnişin qatarı Tovuz rayonu ərazisində hərəkətdə olarkən naməlum şəxs və ya şəxslərin xuliqanlıq zəminində kənardan atdığı daşlarla qatarın bir neçə pəncərə şüşələri sınıb. Bu zaman 2 sərnişin yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar”.

E.Zahidov deyib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə çıxıb:

“Müvafiq araşdırmalar aparıldıqdan sonra faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir\”.

İnterpress.az