Toplantı böyük öndəri sayqı duruşu ilə anmaqla başlayıb. VHP Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu Rəsulzadənin həyat və yaradıcılığı, dövlətçilik tariximizdəki yeri barədə məruzə edib. O, bildirib ki, Rəsulzadə tarixi şəxsiyyət, böyük dövlət xadim olmaqla yanaşı, həm də böyük ədibdir:
“Əlbəttə, onun ən böyük əsəri Azərbaycan Xalq Cümhuriyyətidir. Bununla yanaşı, Rəsulzadənin ədəbi yaradıcılığı maarifçilik tariximiz üçün böyük töhfələr verib. Rəsulzadə əxlaqı və siyasi təfəkkürü bu günümüz üçün də nümunədir”.
N.Tovuzlu Rəsulzadənin Xalq Cümhuriyyətindən öncəki və mühacirətdəki fəaliyyəti barədə də danışıb.
Qeyd edək ki, VHP-nin Bərdə və Goranboy rayon təşkilatları da Rəsulzadə ilə bağlı anım tədbirləri keçiriblər.
İnterpress.az