Qızını prezident administrasiyasının rəhbəri etdibackend

Qızını prezident administrasiyasının rəhbəri etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısının böyük qızı 36 yaşlı Ozoda Rahmon indiyə qədər xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, prezidentin 27 yaşlı kiçik oğlu Rüstəm Emomali Antikorrupsiya agentliyinə rəhbərlik edir. Prezidentin ümumilikdə 9 uşağı var.

Xatırladaq ki, daha əvvəl Tacikistan konstitusiyasında edilən dəyişiklik nəticəsində 1992-ci ildən bu postu tutan prezident seçkilərdə məhdudiyyətsiz şəkildə iştirak hüququ qazandı. Digər dəyişiklik isə prezident seçkilərinə qatılan namizədlərin yaş senzurasının 30-a endirilməsi olmuşdu ki, bu da 27 yaşlı prezident oğlunun 2020-ci ildə seçkilərdə iştirakını təmin edəcək.