Bakı-Qazax magistralında mikroavtobusun aşmasına yolun buz bağlaması səbəb olubbackend

Bakı-Qazax magistralında mikroavtobusun aşmasına yolun buz bağlaması səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Bakı-Qazax magistralının 167-ci kilometrliyində qeydə alınıb.

Ağdam rayon sakini, 1962-ci il təvəllüdlü Yusif Teymur oğlu Abdullayevin idarə etdiyi “Ford” markalı, 10 XC 133 dövlət nömrə nişanlı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən aşıb. Nəticədə mikroavtobusda olan 10 nəfər yüngül xəsarət alıb. Hadisə yerinə 5 təcilli tibbi yardım maşını gəlib. Sərnişinlərə yerində tibbi yardım göstərilərək onlar buraxılıb.

Mikroavtobusun aşmasına yolun buz bağlaması səbəb olub.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

İnterpress.az