Dünyanın korrupsiyalaşmış ölkələrinin adları açıqlandı – SİYAHISIbackend

Dünyanın korrupsiyalaşmış ölkələrinin adları açıqlandı – SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın 167 ölkəsinin korrupsiya səviyyəsinin göstərildiyi reytinq cədvəli ümumi statistik məlumatlar və beynəlxalq sorğu nəticəsində toplanan informasiyaların kombinasiyasından tərtib edilir.

“Transparency İnternational” ölkələrə 0 baldan (ciddi korrupsiyalaşmış ölkə) 100 bala (korrupsiyanın olmadığı ölkə) qədər qiymət verir.

“Transperancy İnternational” hesabatında vurğulayır ki, korrupsiya ilə mübarizədə uğursuzluq qanunların olmasından deyil, onların icra edilməməsindən qaynaqlanır.

“Qanunlara diş lazımdır, eyni zamanda qanunların pozulması zamanı səsini qaldıracaq müstəqil mətbuat və vətəndaş cəmiyyəti də mövud olmalıdır”.

Azərbaycan 167 ölkə arasında korrupsiya səviyyəsinə görə 119-cu pilləni tutub və “Transparancy İnternational” təşkilatı tərəfindən 29 bal alıb.

Rusiya da Azərbaycanla yanaşı 119-cu pilləni tutub və 29 bal qazanıb.

Korrupsiyanın səviyyəsinə görə 52 bal alan Gürcüstan 48-ci, 42 bal alan Türkiyə 66-cı, 35 bal qazanan Ermənistan 95-ci, 28 balla Qazaxıstan 123-cü və 27 bal alan İran 130-cu ölkə seçilib.

Korrupsiyanın ən az olduğu ölkələr Danimarka (91 bal), Finlandiya (90 bal), İsveç (89 bal), Yeni Zelandiya (88 bal), Hollandiya (87 bal), Norveç (87 bal), İsveçrə (86 bal), Sinqapur (85 bal), Kanada (83 bal) və Almaniya (81 bal) seçilib.

“Transparancy İnternational” təşkilatının məlumatına görə, 2015-ci ildə korrupsiya indeksinin ən yüksək olduğu ölkə 167-ci pillədə qərarlaşan Somalidir. Təşkilat bu ölkəyə 100 mümkün baldan 8-ni verib və korrupsiyanın dövlət sistemində dərin kök saldığını bildirib.

Şimali Koreya, Əfqanıstan, Sudan, Anqola, Liviya, İraq və Venesuela da reytinqin sonlarında qərarlaşaraq ən korrupsiyalaşmış ölkələr kimi hesabata daxil ediliblər.(modern)

İntrerpress.az