DYP-dən “Lifan” açıqlaması: `Gələcəkdə ala bilərik…`backend

DYP-dən “Lifan” açıqlaması: `Gələcəkdə ala bilərik…`

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox ekspertlər prezidentin təklifini müsbət qiymətləndirərək məmurların xidməti maşınlarının “Lifan”la əvəzlənməsini təklif edirlər.

Ekspert Ərşad Hüseynovun fikrincə, Dövlət Yol Polisinin xidməti avtomobilləri də NAZ “Lifan”la əvəzlənlənməlidir.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ekspertin təklifinə münasibət bildirib.

DYP rəsmisi azvision.az-a açıqlamasında hazırda bu məsələnin gündəmdə olmadığını deyib: “Yol partul xidməti əməkdaşlarının istifadəsində olan avtomobillər yenidir. Ötən ilin may ayından istifadəyə verilib. Ümumiyyətlə ölkə başçısının tövsiyəsinin Dövlət Yol Polisi ilə əlaqəsi yoxdur. Amma, gələcəkdə hər hansı yeni texnika alınarsa, bu məsələyə baxıla bilər”.

İnterpress.az