Fed-in Açıq Bazar Komitəsinin (FOMC) iclasının qərarları bu axşam Bakı vaxtı ilə saat 23.00-da açıqlanacaq. Bazarlarda, Fedin faiz dərəcələrində hər hansı bir dəyişiklik edəcəyi gözlənmir. Amma iclasdan sonra yayılacaq bəyanatda veriləcək mesajların bazarların istiqaməti üzərində həlledici olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Fed Dekabrda faizləri artıraraq 0.25-0,50% aralığında müəyyən edib.
Fedin verəcəyi bəyanatların Dolların məzənnəsinə istiqamət verəcəyi gözlənilir.
Fedin Mart ayında faizləri artıracağına dair gözləntilər indidən azalmağa başlayıb. Reuters-in sorğusuna qatılan iqtisadçılar daha əvvəl 2016-cı il üçün 4 dəfə faiz artımı gözləyərkən, bu gözləntilər indi 3-ə düşüb.
Fedin ilin ilk toplantısında hər hansı bir faiz artırımına getməsi gözlənilmir. Ancaq düşən inflyasiya gözləntiləri və bazarlardakı təlatüm, Fed rəsmilərinin ABŞ və dünya iqtisadiyyatlarına dair mənzərələrə qarşı narahatlıqlarını dilə gətirməsinə səbəb ola bilər.
Güclü dolların iqtisadiyyatı çətinliklərə saldığı bu dövrdə ABŞ-dan açıqlanan göstəricilər də iqtisadiyyatın ləngidiyinə işarə edir.
İstehlakçı qiymətləri (inflyasiya) Dekabr ayında gözlənilməz bir şəkildə düşüb. Pərakəndə satışlar, mənzil tikintisi və sənaye istehsalında son dövrlərdə açıqlanan zəif göstəricilər ötən ilin sonlarına doğru ABŞ iqtisadiyyatında yavaşlama baş verdiyini göstərir.
Yanvarın ortası həftəlik işsizlik müraciət rəqəmləri altı ayın ən yüksək səviyyəsində çıxdı. ABŞ-da bu Cümə günü açıqlanacaq olan dördüncü rüb iqtisadi artım göstəricilərinin yavaşlamanı təsdiq etməsi və Atlanta Fedin ən son proqnozuna görə, illik müqayisədə iqtisadi artımın 0.7 faiz olaraq gerçəkləşməsi gözlənilir.
Keçən il üçüncü rübündə 2 faiz olan ABŞ iqtisadiyyatının böyümə sürətinin Reutersin sorğusuna görə dördüncü rübdə 1.3%-ə düşməsi gözlənilir. Fed Dekabr iclasında 10 il sonra ilk dəfə faiz artımına getmişdi. Faiz 0,25-0,50 intervalındadır.
İnterpress.az