Bu barədə Trend-ə \”AzerPay\” şirkətindən bildiriblər.
Sistemin üstünlüyü təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, POS-terminallar vasitəsilə əməliyyatların aparılması və digər imkanlar olacaq.
\”AzerPay\” hesabını \”Azərpoçt\” MMC-nin poçt şöbələrində, eləcə də bank kartları və nağd vəsait qəbul edən terminallar vasitəsilə doldurmaq mümkün olacaq.
AzerPay-də təhlükəsizliyin təmin edilməsi üçün bir neçə səviyyəli mühafizə sistemindən (abonent kodu, mobil telefonun nömrəsi, PIN-kod, məlumat mübadiləsinin kombinasiya edilmiş vasitələri) istifadə ediləcək.
Bundan başqa, \”AzerPay\” istifadəçiləri azerpay.az saytı vasitəsilə ödəniş sisteminə çıxış əldə edəcəklər.
İnterpress.az