Fransanın paytaxtı Parisdə İran prezidentinin gəlişinə qarşı etiraz olub. İran diasporasının o cümlədən İran Milli Müqavimət Şurasının üzvləri Fransa xarici işlər nazirliyi qarşına toplanaraq, Həsən Ruhani əleyhinə aksiya keçirib. Etirazçılar “Ruhani diktatordur” “Rədd olsun Ruhani” deyə şüarlar səsləndirib. Aksiya iştirakçıları əsasən İranda edamlara və siyasi məhbuslara son qoyulması üçün etiraz etdiklərini bildirib, beynəlxalq ictimaiyyətin Tehrana qarşı sanksiyaları ləğv etməsindən dolayı narahatlıq ifadə edib. Bəzi fəallar siyasi məhbusların adlarını çəkərək onların azad edilməsini tələb edib.
“Sanksiyaların ləğv olunmasından sonra gələn gəlirlər “Pasdaranın”, İnqilab Keşikçilərinin “cibinə gedəcəK”. O keşikçilər ki, ölkədaxili repressiyalara o cümlədən edamlara cavabdehdir. Ruhani hakimiyyətə gələndən bəri İranda 2 min nəfərə yaxın insan edam olunub. Onlardan 57 nəfəri qadın idi. Demək istədiyimiz odur ki, bu pulllar regionda xüsusilə Suriya, İraq və Livanda terrorun, fundamentalizmin təbliğinə yönəldiləcək.” – deyə iranlı mühacir Dövlət Novruzi bildirib.
İtaliya və Fransaya yarım həftəlik səfərə çıxmış Ruhani, nüvə sanksiyalarının ləğv olunmasından sonra İranın beynəlxalq biznes imicini yüksəltməyə və keçmiş tərəfdaşları ilə iqtisadi əlaqələrini ekspertlərin dili ilə desək “reabilitasiya” etməyə çalışır.
İnterpress.az