Bu gün Sumqayıtda yerləşən məşhur Karvan Ticarət Mərkəzinin qarşısında satıcılar toplaşaraq ticarət mərkəzinin sahibinə öz etirazlarını bildiriblər. Etiraza səbəb isə ticarət mərkəzindəki yer pullarının bahalığı olub. Hazırda ticarət mərkəzinin qarşısına 100-dən çox insan yığışıb və ticarət mərkəzinin rəhbərliyindən yer pulları ilə bağlı tədbir görməsini istəyirlər.
Əraziyə polis qüvvələri cəlb edilib və artıq bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.(islaminsesi)
İnterpress.az