Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi – Bu qədər vicdansızlıq olmaz kibackend

Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi – Bu qədər vicdansızlıq olmaz ki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum nəğməkar şair Nürət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli moderator.az – a bildirib ki, Pünhanə Əliyeva adlı bir xanım atasının şeirlərini oğurlayaraq kitabına daxil edib.

Rəşad Kəsəmənli qeyd edib ki, özünü şairə adlandıran qadının həmin kitabı tamamilə oğurluq şeirlərdən ibarətdir:

“Nüsrət Kəsəmənlinin üç şeirini, xalq şairi Məmməd Arazın bir neçə şeirini, digər məşhur şairlərin, gənc şairlərin, şairə Xatirə Xatunun şeirləri olduğu kimi həmin kitabda yerləşdirilib. Şeirlərdə bircə dəyişiklik olunub, müəllifin adı çıxarılıb və həmin “şairə” qadın öz adını yazıb”.

R. Kəsəmənli onu da vurğulayıb ki, həmin şairənin hüquqi müstəvidə cəzalandırılması üçün lazımi addımlar atacaq:

“Mütləq şəkildə şeirləri oğurlanmış şairlər və biz rəhmətə getmiş şairlərin yaxınları olaraq birləşib mətbuat konfransı keçirəcəyik və sonra da həmin adamı məhkəməyə verəcəyik. Başqa yolu yoxdur, çünki bunlar ağ eləyiblər. Bu qədər vicdansızlıq olmaz ki. Bu yüz faiz psixi xəstəlikdir, çünki normal insan bunu edə bilməz. Bu insan hamının əzbər bildiyi, dillər əzbəri olmuş şeirləri, öz yaşından çox-çox böyük olan şeirləri oğurlayıb arsız-arsız öz adına çıxıb. Bu azmış kimi hələ bir təqdimat mərasimini də keçirib”.

“Kitaba ön söz yazanlara baxıb utandım” deyən R. Kəsəmənli kitaba ön söz yazanları da günahlandırıb:

“Bizim ətrafımızda olan şairlər, tanınmış müğənnilər, hansı ki, həmin müğənnilər vaxtilə həmin şeirlərə yazılmış mahnıları oxuyublar. İndi bu insanın kitabı haqqında neçə ön söz yaza bilərlər axı? Xanım “Qızıl qələm” laureatıdır, ona qızıl qələm verən adamlar Nüsrət Kəsəmənlini, Məmməd Arazı tanımırlarmı? Bu şeirlərlə indiyədək qarşılaşmayıblarmı? Ön söz yazanlar da məsuliyyət daşıyırlar və onlarda daha çox günah görürəm. Belə çıxır ki, istənilən şəxs Nizaminin, Füzulinin yazdıqlarını asanlıqla götürüb öz adına çıxa bilər və Azərbaycanın da öndə gedən hansısa hörmətli adamları bu iş qol çəkə bilər…

Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi - Bu qədər vicdansızlıq olmaz ki

Nüsrət Kəsəmənlinin oğlu qəzəbləndi - Bu qədər vicdansızlıq olmaz ki


İnterpress.az