“Pejo” İranda avtomobil istehsal edəcəkbackend

“Pejo” İranda avtomobil istehsal edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Razılaşma İran prezidenti Həsən Ruhaninin ticarət əlaqələrini bərpa etmək üçün Avropa turu çərçivəsində Parisə səfəri zamanı əldə edilib.

Yüzdən çox Airbus təyyarəsinin alınması ilə bağlı müqavilənin də imzalanacağı gözlənilir.
İranın rəsmi televiziya kanalı bildirib ki, Airbus-la razılaşmaya görə, növbəti dörd il ərzində İrana 100 təyyarə gətiriləcək.

İran prezidentinin həmçinin Fransanın digər böyük şirkətləri ilə də danışıqlar aparacağı gözlənilir.

Həsən Ruhani İrana qarşı beynəlxalq sanksiyaların qaldırılmasından sonra Fransa və İtaliyaya 5 günlük səfərdədir.

Bu, təqribən son 20 il ərzində İran prezidentinin Avropaya ilk səfəri olub.

Parisdə Fransa prezidentilə görüşdən əvvəl İran liderini xarici işlər naziri Laurent Fabius qarşılayıb.

\”İki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasının vaxtı gəlib çatıb\”, görüşdə Həsən Ruhani deyib. \”Bu gün biz postsanksiya dövründən faydalanmalıyıq\”.

Bu həftənin əvvəlli cənab Ruhani İtaliyada baş nazir Matteo Renzi və Papa Francis ilə görüşlər keçirib.

Bazar ertəsi İranla İtaliya şirkətləri arasında təxminən 17 milyard avro dəyərində müqavilə imzalanıb (BBC).

İnterpress.az