Milli Məclisin Səhiyyə komitəsi: Azərbaycana gətirilən dərmanlar ƏDV-dən azad olunmalıdırbackend

Milli Məclisin Səhiyyə komitəsi: Azərbaycana gətirilən dərmanlar ƏDV-dən azad olunmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarov komitənin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2000-ci illərin əvvəllərində ölkəyə gətirilən dərmanlar ƏDV-dən azad edildiyi halda, ötən ilin payızında Vergi Məcəlləsinə dəyişikliklər olunub və idxal olunan dərmanlar yenidən ƏDV-yə cəlb edilib: \”Hesab edirəm ki, bu dəyişiklik geriyə doğru atılmış addımdır. Hazırda ölkədə dərman qıtlığı yoxdur. Amma qayda aradan qaldırılmazsa, ölkədə dərman qıtlığı yarana bilər\”.

Komitənin sədr müavini Musa Quliyev də deputat həmkarının fikirlərini dəstəkləyib: \”Dünyada xəstəlik və xəstələr hesabına büdcənin doldurulması deyilən bir anlayış və praktika yoxdur. Dünya ölkələrinin əksəriyyətində idxal olunan dərmanlar ya tam ƏDV-dən azad olunur, ya da cüzi şəkildə vergiyə cəlb edilir. Ona görə də Vergi Məcəlləsindəki müddəa təcili aradan qaldırılmalıdır\”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə əlavə edib ki, bu işlə tək komitə yox, bütövlükdə səhiyyə ictimaiyyəti və Səhiyyə Nazirliyi məşğul olmalıdır: \”Biz mütləq bir yerdə bu məsələyə baxmalı və həmin dəyişikliyin Vergi Məcəlləsindən çıxarılmasına nail olmalıyıq\”.(report)

İnterpress.az