Müharibə veteranı maşında gecələyirbackend

Müharibə veteranı maşında gecələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pirallahı qəsəbəsində 1 otaqlı ev aldım. 2002-ci ildə dörd övladım və həyat yoldaşımla birgə həmin evə, yəni Pirallahı qəsəbəsi ev 54 mənzil 4 ünvanına köçdük. Evi alanda həyətyanı sahəsi ilə birlikdə almışdım. Həyətyanı sahəyə də ayrıca pul vermişdim. Ev həyat yoldaşımın adınadır. Ev 8 kvadratlıq evdir.

Bu balaca otaqda mən 4 uşaq, 2 oğlan, 2 qız böyütdüm. Uşaqlar böyüdükdən sonra həyətyanı sahədə qızlarım üçün balaca bir otaq tikdim. Tikinti aparmaq üçün o vaxt Xəzər rayonu İcra Hakimiyyətinin başçısı Gülağa İsmayılovun qəbulunda oldum. Gülağa müəllim məni dinlədikdən sonra mənə şifahi dedi ki, bir otaqda qız oğlan olmaz, get özünə və ailənə boş həyətyanı sahədə şərait yarat. Mən qızlarım üçün 2-nin 3-ə 6 kvadrat metrlik bir balaca otaq tikdirdim. Düşündüm ki, icra başçısı deyibsə, qeydiyyat şəhadətnaməsi almağa ehtiyac yoxdur. Beləcə uşaqlarımı həmin otaqda böyütdüm. 2015-ci ildə Pirallahı İcra Hakimiyyətinin əməkdaşları gəlib bildirdilər ki, yol çəkilişi ilə əlaqədar mənim yaratdığım tikdirdiyim otağı, hamamı sökməlidirlər.

Əvəzində mənə şərait yaradacaqlar. Mən də onlara inandım və dedim dövlət proqramıdırsa sökün, ancaq mənə şərait yaradın. 2015-ci il 19 noyabrda söküntüyə başladılar. Mənə isə heç bir şərait yaradılmadı. 3 dəfə Pirallahı İcra Hakimiyyətinə getmişəm, məni qəbul etməyib. Prezident Aparatına getdim Tağı müəllimin qəbuluna yazıldım. Onun da köməkçisi məni qəbul etdi dedi ki, narahat olma həll olunacaq.

Gəlib palçıq qarışdırıb elə də atıb gediblər. Yoldaşım xəstəxanada işləyir, elə orda da qalır. İcra başçısı öz ailəsini 8 kvadratmetrlik evə yerləşdirsin, yerləşdirə bilər?! Mn amma 8 kvadratlıq evdə 4 uşaq böyütmüşəm. Əgər qanunsuz idisə, mənə başdan orada ev tikməyə qoymazdınız. Evin pəncərələrini söküblər, yoxdur. Ev soyuqdur, qalmaq olmur. Mən onlardan pul istəmirəm. Mənim sökülən evimi tiksinlər. Qarabağ müharibəsi ərəfəsində qəlpələr ağ ciyərimi yaralayıb. Mən hər il ağ ciyər institutunda yatıb müalicə alıram. Mənim özümə səhhətimlə əlaqədar 1 otaq lazımdır”. ( musavat.com )

Müharibə veteranı maşında gecələyir

İnterpress.az