Mərkəzi Bankın ötən gün keçirilən iclasında “Texnika Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edilib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq.
“Texnika Bank” Müşahidə Şurasının sədri Etibar Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət orqanlarının qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq: “Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”.(qafqazinfo)
İnterpress.az