Azərbaycanlı xanımdan rüşvət tələb edən xidmət rəhbəri həbs olundubackend

Azərbaycanlı xanımdan rüşvət tələb edən xidmət rəhbəri həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmənin qərarı ilə Dvorski 3 il müddətinə ümumi tipli cəzaçəkmə müssəsində həbsə məhkum edilib, polis mayoru rütbəsindən isə məhrum edilib.
İstintaqın məlumatına görə Andrey Dvorski 336.2 maddəsi ilə (rüşvət alma) ittiham olunurdu. Belə ki, azərbaycanlı xanımla evli olan Rudnoe sakini həyat yoldaşının nikah şəhadətnaməsi və pasportunda fərqli soyadların olması səbəbindən yerli miqrasiya xidmətindən yardım istəyib.

Xidmət rəhbəri isə azərbaycanlı qadının deportasiya oluna biləcəyini və məsələni yoluna qoymaq üçün 250 min tenge (675 dollar) pul tələb edib.

İnterpress.az