Rəsulzadə və Azərbaycan dövlətçiliyibackend

Rəsulzadə və Azərbaycan dövlətçiliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

VHP Beyləqan rayon təşkilatının sədri Ədalət Quliyev M.Ə.Rəsulzadənin həyatı və siyasi fəaliyyəti haqda geniş məruzə eləyərək qeyd edib ki, M.Ə.Rəsulzadənin siyasi və ictimai fəaliyyəti bütünlüklə Azərbaycan xalqının birliyinə, ölkənin inzibati ərazi bütövlüyünə, millətin azadlığına həsr olunmuşdu. Bütün bacarığını, dünya görüşünü bu istiqamətdə səfərbər etmişdi. Ə.Quliyev M.Ə.Rəsulzadənin Müsavat Partiyasının sədri kimi gördüyü işlərdən, cümhuriyyət quruculuğunda dövlətçilik təcrübəsindən və milli lider kimi fəaliyyətindən, həmçinin əsərlərində və yaradıcılığında milli mövqeyindən geniş söz açıb.

Sonda Məclis üzvləri də M.Ə.Rəsulzadənin fəaliyyəti və milli dövlətçilik məfkurəmizin formalaşçmasında Rəsulzadənin rolu barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Rəsulzadənin anadan olmasının 132 il dönümü VHP-nin Bərdə, Goranboy, Tovuz və Qəbələ rayon təşkilatları tərəfindən də anılıb.

İnterpress.az