Zaqatalada aksiyaya görə tutulan iki nəfərin adı bəlli oldubackend

Zaqatalada aksiyaya görə tutulan iki nəfərin adı bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmilər məlumatı inkar edir. Həbsdəki digər gənclər haqqında da məlumat toplamağa çalışırıq, bizi izləyin.

Qeyd edək ki, yanvarın 30-da Zaqatalada aksiya olağı bildirilir. Bu haqda “Basta” yerli mənbələrdən məlumat alıb. Qeyd edilir ki, aksiyanın təkilatçıları sosial şəbəkələrdə fəal olan gənclərdir. Etiraza səbəb bahalaşma və çörək qıtlığıdır.

“İnternetdə məlumat verildi ki, gənclər yanvarın 30-da bahalaşmaya etiraz olaraq aksiya keçirəcək. Əhali əvvəlcə buna əhəmiyyət vermirdi. Amma yerli hakimiyyət orqanları bu xəbərdən narahat olub iclaslar keçirməyə başladı. Əmək kollektivlərini yığıb hamıya xəbərdarlıq edirlər ki, 30-da olacaq aksiyaya getməsinlər. Bu iclaslardan sonra məsələ ciddiləşdi. Hər kəs aksiyadan xəbər tutdu. İndi isə bu məlumatları feysbukda yayan gəncləri həbs etməyə başlayıblar. 14 nəfər saxlanılıb, indiyədək azı 1o nəfərin barəsində məhkəmənin qanunsuz hökmü ilə 20 və 25 sutka həbs qərarı verilib. Tam qanunsuz həbslərdir. Əvvəla hər kəsin dinc etiraz etmək hüququ var, ikincisi isə etiraz olacağı barədə məlumatı yaydığına görə gənclərin tutulması absurddur”, – yerli mənbəmiz deyir. Mənbə bildirir ki, tutulanların əksəriyyəti gənclərdir.(bastainfo)

İnterpress.az