Təsadüfən bu yoldan keçən insanlar belə otelin qapısı önündə “müştəri” çağıran qadınların “hücumu”na məruz qalır. Otelin qapısının önündə toplaşan qadınlar oradan keçən insanlara intim xidmət təklif edirlər. Otel adı ilə fəaliyyət göstərən “Günəşli” əslində pritondur və otelin həyətindəki balaca daxmalarda qadınlar cinsi istismara məruz qalır. Onlardan müştəriləri elə otelin girişində qarşılamaq tələb olunur.
Belə ki, qadınlar həmin yoldan keçən şəxslərə , avtomobilə yaxınlaşır, oteldə belə bir “xidmət”in təklif olunduğunu deyirlər. Qeyd edək ki, otel yaşayış evlərinin arasında yerləşir. Bu durum həmin ərazidə yaşayan sakinləri də narahat edir. Ən acınacaqlısı odur ki, otel “fəaliyyət”ə keçmək üçün gecə saatlarını da gözləmir, günün istənilən saatında burada eyni mənzərə ilə qarşılaşmaq mümkündür.
Sakinlərin şikayəti əsasında otelin yerləşdiyi əraziyə baş çəkirik. Deyildiyi kimi, qapının önündə duran 3 qadından biri bizə yaxınlaşaraq oteldə təklif olunan “xidmətləri” sadaladı, qiymətin isə 50 manat olduğunu bildirdi: “Hər bir xidmətimiz var, VİP otaqlardır. Gedək? 50 manata görüşürəm. İstəyirsinizsə, otelin həyətinə gedək. Otelimiz də superdir”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
İnterpress.az