Gömrük Komitəsindən “Duty free” açıqlaması – Fotobackend

Gömrük Komitəsindən “Duty free” açıqlaması – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, təkcə 2015-ci ildə Gürcüstanla həmsərhəd Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postu tərəfindən əksəriyyəti \”Duty free\”dən alınan külli miqdarda spirtli içki və siqaretin gizli saxlanc yerlərində və ya digər qanunsuz yollarla ölkəmizə keçirilməsinin qarşısı alınıb.

DGK bir daha bildirir ki, bu cür malların ölkəyə gətirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, Nazirlər Kabinetinin 305 saylı 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən kecirilməsinin guzəştli və sadələşdirilmiş Qaydaları” (bu qaydalara əsasən 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün 3 litr alkoqollu içki, 600 ədəd (3 blok) siqaret gətirilə bilər) və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət edilməklə qanuni şəkildə həyata keçirilə bilər. Əks təqdirdə onların gömrük sərhədindən qanunsuz keçirilməsi miqdarından asılı olaraq inzibati, cinayət, eləcə də Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan qaçaqmalçılıq cinayəti üzrə məsuliyyətə səbəb olur.

İnterpress.az