Mühacirləri daşıyan gəmi Yunanıstanın Midilli adasına keçmək istəyərkən qəzaya uğrayıb.
Gəmidəkilərdən 43-nü xilas etmək mümkün olsa da, 5-i azyaşlı olmaqla, 10 nəfər batıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Bölgədə Sahil Təhlükəsizlik Qrupları tərəfindən axtarış tədbirlərinə başlanılıb. ( apa )
İnterpress.az