Başı kəsilən 3 azərbaycanlı haqda – Məlumatbackend

Başı kəsilən 3 azərbaycanlı haqda – Məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki bacı – 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovaları, həmçinin onlardan birinin 19 yaşlı nəvəsi Sahib Şərifovun cəsədləri yaxın günlərdə Marneuliyə gətiriləcək.

Hazırda öldürülən şəxslər haqqında Marneulidə də müxtəlif versiyalar dolaşmaqdadır. Sahib Şərifovun atasının məlumatına görə, onun oğlu Türkiyədə kababçı işləyib. O, hadisə haqqında məlumatlı olmadığını bildirib: \”Marneulidə müxtəlif versiyalar yayılıb. Onların təbii qazdan zəhərləndikləri və onların öldürüldüyü barədə xəbərlər var\”.

Məlumata görə, ölən Marneuli sakinləri hazırda ekspertizadan keçirilir və sonra onlar Marneuliyə göndəriləcəklər.

Xəbər verildiyi kimi, Türkiyənin Düzcə bölgəsində Gürcüstan vətəndaşı olan üç azərbaycanlı evdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.

Hadisə yerinə gələn polis cinayətin 2-3 gün əvvəl baş verdiyini təsbit edib. Ölənlərdən 2-si qadın, biri uşaqdır.

Meyitləri evə gələn 56 yaşlı Ema Şərifovanın keçmiş həyat yoldaşı Sərvət Öztürk aşkar edib və polisə zəng vurub. Ölən digər şəxslərin Ema Şərifovanın bacısı, 46 yaşlı Elnaz Şərifova və nəvəsi Sahib Şərifov olduğu məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb. ( apa )

İnterpress.az