Elçin Behbudovun ölümündə Hacı Məmmədov izibackend

Elçin Behbudovun ölümündə Hacı Məmmədov izi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatlarda bildirilir ki, Hacı Məmmədov yaxın gələcəkdə baş tutacaq məhkəməsində illərlə gizli saxladığı bəzi məqamlara aydınlıq gətirəcək. Belə ki, H.Məmmədov onun killer dəstəsinin qətlə yetirdiyi bəzi şəxslərlə bağlı xüsusi açıqlamalar verəcəyi ehtimal olunur. Verilən xəbərlərə görə, məşhur arestant adam oğurluqları ilə bağlı sifarişçilərin adlarını da çəkə biləcəyini artıq uca səslə deyir.

Hacı Məmmədov saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan dərhal sonra ərizə ilə Ali Məhkəməyə müraciət edib. O, özünün cinayətləri haqda əvvəllər demədiyi məlumatları açıqlamaq niyyətində olduğunu qeyd edib. Görəsən, Hacı Məmmədov daha nələri açıqlayacaq? Artıq cinayət işində bəzi halların araşdırılması ilə bağlı müraciəti hakimin icraatına verilib. Ali Məhkəmədən APA-ya verilən məlumata görə, H.Məmmədovun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir. Ərizə hakim tərəfindən öyrənildikdən sonra müraciətin məhkəmənin Plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazacaq.

\”Yeni açılmış hal” isə o deməkdir ki, məhkəmədə həmin cinayət işinə baxdıqda o hal məhkəməyə məlum olmur. Belə ki, məhkəmədə baxılan bir cinayət işi üzrə hansısa şahid yalan ifadə verərsə, ekspert yalan rəy təqdim edərsə və bu zaman məhkəmə onların yalan danışdığını müəyyən etməzsə, sonradan təqsirləndirilən şəxs, zərərçəkmiş tərəf, yaxud prokuror Ali Məhkəməyə müraciət edərək həmin halın araşdırılmasını xahiş edə bilər.

\”Yeni açılmış hal” məsələsi böyük ehtimalla, Hacı Məmmədovun Ali Məhkəməyə müraciəti DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovla bağlıdır. O, \”yeni açılmış hal” çərçivəsində Zakir Nəsirovla bağlı ifadələrini dəyişəcək, beləliklə də ömürlük həbsə məhkum olunmuş generalın azadlığa yolu açılacaq.


Hacı Məmmədovun həbsxanada çəkdiyi fotolar

Hələ iki il bundan qabq Sabiq polis polkovniki Hacı Məmmədovun həbsxanada müxtəlif rəsm əsərləri çəkdiyinə dair məlumatlar ölkə mediasında çoxdan yayılmışdı. \”Bugun.az” Azərbaycanın 1 nömrəli qanqsterinin tablolarını əldə edib tirajlamışdı. Yağlı boya ilə çəkilmiş həmin şəkilləri İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri mərhum Elçin Behbudov Hacı Məmmədovun ona təqdim etdiyi 4 tablonu Bugun.az-a təqdim edərək bildirmişdi ki, tablolar ona müxtəlif illərdə verilib:

\”Rəsmlərin arxasında onların çəkildiyi tarix qeyd olunub. Orada Hacı Məmmədov həm də onları mənə hədiyyə etdiyini yazıb. Özü mənə deyib ki, onların hər birinin parolu, şifrəsi var. Lakin o parolu mənə açmır”.

Elçin Behbudov onu da deyib ki, həmin şəkillərin üzərində müxtəlif qurumların ekspertləri işləyiblər. \”Ola bilsin onlar hansısa rəyə gəliblər. Amma mənə bu barədə heç nə deyilməyib”.

Mərhum Elçin Behbudov onu da qeyd edib ki, rəsmlərin qiymətləri ilə maraqlanmayıb: \”Amma mənə elə gəlir ki, vaxt gələcək bu rəsmlərin qiyməti olmayacaq. Ofisimizdə oğurluq olmuşdu. Qorxdum ki, birdən Hacının şəkilləri də oğurlanar. Amma xoşbəxtlikdən oğrular bu rəsmlərin qiymətini başa düşməyib”.

Rəsm 1. Zəncirdə olan şir. Şirin zənciri bir qadının əlindədir. Ətrafda 5 ağ göyərçin uçuşur.

Elçin Behbudovun ölümündə Hacı Məmmədov izi

Rəsm 2. Əlində silah olan cavan oğlan. Arxada məşhur \”Biq Ben” saatı, \”Jeep” maşını və yerə sərilmiş kişi meyiti. Oğlanın üzündə təbəssüm var. Əlinin şəhadət və orta barmağını yuxarı tutmaqla ya latınca \”viktoriya” (qələbə) anlamını verən \”V” işarəsini, ya da 2 rəqəmini göstərir.

Elçin Behbudovun ölümündə Hacı Məmmədov izi

Rəsm 3. Böyük bir daşa söykənmiş bir qadın. Saçlarının rəngindən rus olduğu görünür. Qadının söykəndiyi daşın üstündə İsa Peyğəmbərin şəkli həkk olunub. Arxa fonda çəmənlikdə ağ at, başqa ölkəyə köç edən 3 durna, atın yanında isə kişi silueti, kölgə.

Elçin Behbudovun ölümündə Hacı Məmmədov izi

Rəsm 4. Başında şlyapa olan orta yaşlı kişi, arxada ağaclar və yenə də \”202 nömrəli \”Jeep” və yerdə kişi meyiti.

Elçin Behbudovun ölümündə Hacı Məmmədov izi


Elçin Behbudovun sirli ölümü

Yeri gəlmişkən, Elçin Behbudov ölümündən əvvəl Hacı Məmmədovdan hansı ismarıcı alıbmı?

Özünü yaxınlarından belə təcrid edən H.Məmmədovun qəfildən, MTN-də baş verən gözlənilməz hadisələrin fonunda birdən-birə komitə sədri ilə görüşə can atması suallar doğurur. Elçin Behbudov Hacı Məmmədovla görüşən və hüquq mühafizə orqanı əməkdaşı olmayan yeganə şəxs olub. Məşhur qanqster ondan nə xahiş edəcəkmiş?

Elçin Behbudovun ölümündə Hacı Məmmədov izi

1 ildir ki, Milli Təhlükəsizlik Nazirliyinin(MTN) İstintaq Təcridxanasında saxlanılan Hacı Məmmədov İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla görüşməyə çalışıb. Lakin komitə sədrinin qəfil dünyasını dəyişməsi Hacı Məmmədovun istəyinin gerçəkləşməsinin qarşısını alıb.

Bəzi təsdiqlənməmiş məlumatlara görə, H.Məmmədovun E.Behbudova deyəcəyi vacib nələrsə olub. Amma hüquq müdafiəçisi onunla görüşə gedənə qədər qəfil dünyasını dəyişib.

Mərhumun ailə üzvlərindən mətbuata verilən məlumata görə, Elçin Behbudov qəflətən dünyasını dəyişib: \”Mərhum heç bir xəsətəlikdən əziyyət çəkmirdi. Hansısa xəstəxanaya da yerləşdirilməmişdi. Səhhəti də çox yaxşı idi. Dünyasını dəyişməsi də qəflətən oldu.\”.

Elçin Behbudovun ölümü bir təsadüf olub, yoxsa burada hər hansı bir şübhəli məqam var? Komitə sədrinin sağlıq durumunun qəfil pisləşməsi ilə Hacı Məmmədovla görüşünün əngəllənməsi arasında əlaqə ola bilərdimi?

Bu suallara hazırda birmənalı cavab vermək mümkün deyil. Çünki bu suallara cavab vermək səlahiyyətində olan aidiyyatı orqanlar var. Bizim işimiz isə informasiya istehsal etməkdir…

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi \”Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.(miq.az)

İnterpress.az