Cəlal Əliyevlə vida mərasimi AMEA-nın əsas binasında olacaqbackend

Cəlal Əliyevlə vida mərasimi AMEA-nın əsas binasında olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-dan verilən məlumata görə, C.Əliyevlə vida mərasimi bu gün saat 13.00-dan 15:00-dək AMEA-nın əsas binasında olacaq. Artıq bununla bağlı binada hazırlıq işlərinə başlanıb.

C.Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

C.Əliyev \”İstiqlal\” ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Akademikin 1 övladı var.

Allah rəhmət eləsin!