Bakıda axtarışda olan şəxslər tutulubbackend

Bakıda axtarışda olan şəxslər tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Sabunçu rayon 15-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Vüqar Ukalayev, Yasamal rayon 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1959-cu il təvəllüdlü İlham İsmayılov, Nərimanov rayon 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nın 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Rəşad Qasımov və Yasamal rayon 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Razim Rzayev tutulublar.

Hər bir faktla bağlı araşdırma aparılır.

İnterpress.az