Fevralın 1-də hava şəraiti ilə əlaqədar Moskvanın Domodedovo Hava Limanından Azərbaycanın Gəncə şəhərinə olan aviareys təxirə salınıb.
Moskvadan Gəncəyə nəzərdə tutulan “NN 411” saylı təyyarə reysi hava şəraiti səbəbindən müvəqqəti dayandırılıb.
Gəncəyə olan uçuşun “VİM-Avia” aviaşirkətinə məxsus “Boeing 757-200” təyyarəsi ilə həyata keçirilməsi gözlənilirdi.
Bundan əvvəl isə noyabrın 11-də Rusiyanın paytaxtı Moskvadan Gəncəyə təyyarə reysi təxirə salınıb.
Reys Moskvada hökm sürən əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı.
Domodedovo Hava Limanından ANS PRESS-ə verilən məlumata görə, aeroportun ümumilikdə 60-dan çox reysi dumanlı hava şəraiti səbəbindən ləğv olunmuşdu.
İnterpress.az