Deputat icra başçılarını tənqid etdibackend

Deputat icra başçılarını tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüflər olsun ki, bəzi yerli icra hakimiyyətləri orqanları buna riayət etmir. Həmkarım Fazil Mustafa qeyd etdi ki, “İctimai iştirakçılıq haqqında” qanun var və orada ictimai şuraların yaradılması haqqında da maddə var. Niyə bu lazımi səviyyədə icra olunmur? Mən həmkarımın fikrinin bir hissəsi ilə razıyam.

Təəssüflər olsun ki, bəzi yerli icra hakimiyyəti orqanları qanundan irəli gələn məsələlərə lazımi səviyyədə diqqət yetirmirlər. Məsələn, ictimai şuraların yaradılması ilə bağlı Nazirlər Kabinetinin təsdiq olunmuş Əsasnaməsi var. Əsasnamədə şuraların yaradılması qaydaları göstərilib. Amma bəzi qurumlar buna əməl etmir”.

Deputat vurğulayıb ki, bu baxımdan “İctimai nəzarət haqqında” qanun layihəsi burada interaktivlik yaratmalıdır. “Mexanizm kifayət qədər aydın, başadüşülən olmalıdır ki, burada ortaq fəaliyyət tapılsın.

Həm də dövlət qurumlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunsun və digər mexanizmlərdə təmin edilsin. Bu baxımdan əminəm ki, biz bunu geniş şəkildə müzakirə edə və ən optimal layihəni sizin diqqətinizə təqdim edə biləcəyik”.(modern)

interpress.az