Hadisə Səbail rayonu Aydın Məmmədov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 1980-ci il təvəllüdlü Ağayev Qorxmaz Siracəddin oğlu polisə müraciət edərək bildirib ki, gecə saatlarında küçədə saxladığı \”Mercedes 450\” markalı avtomobilinin arxa nömrə nişanları oğurlanıb.
Qeyd edək ki, Q.Ağayev “Azmont İnvestments”MMC-nin qanuni təmsilçisi və “Caspian Development Bank”ın Müşahidə Şurasının üzvüdür. ( lent.az )
İnterpress.az