Nazirlikdən verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev qurumun Aparat rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.
O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.(azvision)
İnterpress.az