Orxan Məmmədovun ölkə çempionatının XIX turunda təyinat almamağı məhz bununla əlaqədardı.
31 yaşlı hakimin cəzalandırılmasına səbəb isə qış fasiləsindən öncəki turlarda qeyri-qənaətbəxş idarəçilik etməsidi. Xüsusən, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Rəvan” (3:3) görüşündə buraxdığı nöqsanlar Məmmədovun HK tərəfindən cəzalandırılması ilə nəticələnib.
Məsələ ilə bağlı qısa danışan Xaqani Məmmədov yetirməsinin neçə oyunluq cəzalandırıldığını açıqlamayıb: “Orxan hazırda cəzalıdı. Buna görə də, 19-cu turda ona təyinat verilmədi. Orxanı qeyri-müəyyən müddətə cəzalandırmışıq. Cəzasının müddətini konkret açıqlaya bilmərəm. Təkcə onu deyim ki, mövsümün sonuna qədər cəzalandırılmayıb”.
Qeyd edək ki, Orxan Məmmədov ötən ildən FİFA referisi adını daşıyır.
İnterpress.az