Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 31-də M.Cəlal küçəsində Bakı şəhər sakini Cümşüd Hüseynbəylinin mobil telefonunu əlindən alıb qaçmaqla soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri – əvvəllər məhkum olunan, 1995-ci il təvəllüdlü Pərviz Hüseynli, 1999-cu il təvəllüdlü Tunar Şahməmmədli və 2000-ci il təvəllüdlü Fariz Hüseynov tutulub.
İnterpress.az