Bu barədə vəkil Elçin Sadıqov bildirib:
\”Leyla Yunus və Arif Yunus barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarından kassasiya şikayəti verdik.
Leyla Yunus, Arif Yunus əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilib və məhkum ediliblər. Kassasiya şikayətində bu qanunsuzluqla ətraflı əsalandırılaraq cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və xüsusi müsadirənin ləğv edilməsi tələb edilib\”,-deyə vəkil qeyd edib.
Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar.
Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.
Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum etmişdi.
2015-in sonlarında Bakı Apellyasiya Məhkəməsi onların azadlıqdan məhrum etmə cəzalarını 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edərək, sərbəst buraxmışdı.
İnterpress.az