Məsələ ilə əlaqədar Bakının Nizami rayonunda fəaliyyət göstərən dördmərtəbəli \”Manqalüstü\” restoranı ilə əlaqə saxladıq. Restoranın administratoru Şahin Abdıyev səslənən ittihamlar barəsində “Yeni Müsavat”a açıqlama verərək, sifariş olunan bir öynəlik (porsiya) çörəyin 2 manata satılmasının normal olduğunu dedi:
“Bizdə sifariş edilən bir öynəlik çörəkdə müxtəlif çeşidlər olduğundan qiyməti 2 manatdır. 3 öynəlik çörəyin qiyməti təbiii ki, 6 manat olacaq”.
Ş.Abdıyev 21 dekabr devalvasiyasına baxmayaraq restoranın menyu qiymətlərində artım edilmədiyini deyib:
“Məhsulları bazardan baha qiymətə almağımıza baxmayaraq, qiymətlərdə artım etməmişik. Kim istəsə restoranımıza gəlib bu barədə araşdırma apara bilər. Yalnız mövsüm ilə əlaqədar bəzi tərəvəzlərin qiyməti qalxdığından oktyabr, noyabr aylarında menyularda cüzi də olsa artım olub”.
İnterpress.az