Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluq binasının önündə aksiya keçirib. Şikayətçilər Korrespondent.az-ın olay yerində olan müxbirinə bildiriblər ki, problemlərinin həll edilməməsindən narazıdırlar. Vətəndaşların əsas tələbləri yenidən Baş prokuror Zakir Qaralovla görüşməkdir. Onların bəziləri “kəfən” geyinərək problemlərinə göz yummalarına etiraz ediblər.
İnterpress.az