Aparılan araşdırma zamanı məlum olub ki, 2015-ci ilin dekabr ayının 30-da və 2016-cı ilin yanvar ayının 12-də Azərbaycana daxil olan 2 ədəd vaqondakı taxta yükünün “Tikinti Təminat” Ltd MMC tərəfindən tranzit gömrük proseduru altında İrana aparılacağı bildirilsə də vaqonlar Sabirabad rayonun ərazisindəki “Sabir” dəmiryol stansiyasında qeyri-qanuni olaraq boşaldılıb. Gömrükçülər onu da müəyyənləşdirib ki, vaqonlardan boşaldılan taxta Sabirabadda tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Əkbərov Rahib Ağamusa oğluna 14 800 $ qarşılığında satılıb. Araşdırma zamanı o da məlum olub ki, gömrük ödənişlərindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri artıq sahibkar tərəfindən realizə olunub.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır. (azadinform)
İnterpress.az