Dünyada ən çox borçu olan 15 ölkəyə ABŞ liderlik edir. İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın dövlət borcu rəsmi olaraq 19 trilyon dollardan çoxdur.
İkinci yerdə 15 milyard İslandiya Nəşr yazır ki, bu rəqəm ümumi daxili məhsulun təxminən 103%-ni təşkil edir.
Ümumi məbləğin 13,7 trilyon dolları birbaşa olaraq şirkətlərin və fərdi şəxslərin saxladığı ictimai borcdur. Daha 5,3 trilyon dollar isə hökumətin Federal Ehtiyatlar Sistemi qarşısında olan daxili borcudur.
Dünyada ən çox borcu olan ölkələrin siyahısında ikinci yeri Yaponiya tutur. Yaponiyanın ümumi borcu 13 trilyon 930 milyard dollardır. Azərbaycanın isə ümumi dövlət borcu 20 milyard dollar təşkil edir.
Qeyd edək ki,ən çox borcu olan ölkələrin siyahısında üçüncü yerdə 2 trilyon 904 milyard dollar borcu ilə Almaniya gəlir.
İnterpress.az