Rusiyada azərbaycanlı kişi iki tibb bacısını döydübackend

Rusiyada azərbaycanlı kişi iki tibb bacısını döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada azərbaycanlı təcili yardım həkimlərini döyüb. Hadisə Sankt-Peterburqda qeydə alınıb.

Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Peterburqun “Slavı” prospekti, 52-də azərbaycanlı kişi huşunu itirib. Dərhal əraziyə təcili tibbi yardım çağırılıb. Gələn təcili yardımda iki qadın tibb işçisi olub.
Mağazada çalışan azərbaycanlıya ilkin tibbi yardım göstərilib və o özünə gəlib. Lakin iddiaya görə, ayılan kişi göstərilən tibbi yardımdan narazı qalıb və iki qadını da döyüb. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.

Əlavə edək ki, tibb işçilərini döyən kişi 24 yaşlı Səddam adlı gənc Rusiyada mağazada işləyirmiş. Hadisədən sonra onun işlədiyi mağazanın sahibi də dindirilmək üçün istintaqa cəlb edilib. Mağazanın sahibi deyib ki, həkimlərə hücum etdiyi deyilən şəxs öz qohumu olub və yükdaşıyan kimi fəaliyyət göstərib.
\”O özündən gedəndə təcili yardıma xəbər verdik. Səddam maşına mindirildi. On dəqiqə keçməmiş qadınlar qışqıra-qışqıra çıxdılar ki, \”o bizi vurub\”. Amma onu təcili yardım maşına aparanda çox zəif idi\”.
Gənc hadisədən sonra polisdə sorğu-sual edilib və evə buraxılıb. Bəlli olub ki, o qadın tibbb işçilərinə hücum etməyib, sadəcə yıxılıb və onlardan birinin ayağını əzib. Səddama qarşı cinayət işinin açılması da planlaşdırılmır. (ans)

İnterpress.az