Bir çoxları bununla da Mərkəzi Bankın kommersiya banklarına nəzarətinin məhdudlaşdırılacağı qənaətindədir. İqtisadçı-alim Vüqar Bayramov məsələnin heç də belə olmadığını deyib. O qeyd edib ki, yeni yaradılan qurumun əsasnaməsi təsdiq olunduqdan sonra Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək.
Ekspert bildirib ki, sonradan yaradılan Maliyyə Monitorinqi Xidmətinin funksiyası kommersiya banklarına deyil, 20 min manat və ekvivalentindən artıq olan ödənişlərə nəzarət etməkdən ibarət idi.
“Burda məqsəd “çirkli pulların yuyulması”nın, həmçinin ölkədən qeyri-leqal valyuta axının qarşısını almaqdan ibarət idi. Ödənişlər dedikdə, banklararası ödənişlər, xarici pul köçürmələri, hesabda olan vəsaitin nağdılaşdırılması nəzərdə tutulur.
Fərmana əsasən, bu səlahiyyət Mərkəzi bankdan alınacaq. Amma bu o demək deyil ki, baş bank kommersiya banklarına nəzarət etməyəcək.
Burda söhbət Maliyyə Monitorinqi Xidməti tərəfindən ödənişlərə nəzarət səlahiyyətinin alınmasından gedir. Nəzərə almaq lazımdır ki, həmin xidmət bəzi qurumlarla bağlı məlumat verirdi. Məsələn, 2015-ci ildə edilən dəyişikliklərə əsasən, bir sıra ictimai, dini qurumlar ödənişlərlə bağlı xidmətə məlumat verirdilər”.
V.Bayramov bildirib ki, Maliyyə Monitorinqi Xidməti kommersiya banklarına nəzarət etmədiyi üçün Mərkəzi Bank bu nəzarətini davam etdirəcək.(modern)
İnterpress.az