“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə görə “Bənövşəyi xətt”in 12 stansiyası olacaq:
“Həmin xətt Avtovağzaldan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanacaq. Hazırda inşası tamamlanmaq üzrə olan “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyaları həmin xətdə yerləşir. “Bənövşəyi xətt”in “Yaşıl” və “Qırmızı xət”lə əlaqəsi yalnız keçid stansiyalar vasitəsilə mümkün olacaq. Məsələn, “Bənövşəyi xətt”in “Memar Əcəmi-2” stansiyasında sərnişinlər “Yaşıl xətt”in “Memar Əcəmi” stansiyasına keçə biləcəklər”.
N.Paşayev bildirib ki, bu il “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istifadəyə veriləcək. (modern.az)
İnterpress.az