Bu sözləri xalq artisti İlhamə Quliyeva deputat Çingiz Qənizadənin onun haqqında Baş prokurora ünvanladığı şikayətlə bağlı deyib.
İlhamə Quliyeva onda əlavə edib ki, Çingiz Qənizadənin adı onun üçün heç bir əhəmiyyət daşımır: “Adını çəkdiyiniz şəxs mənim üçün heç bir əhəmiyyət daşımır”.
Xalq artisti məsələyə dair bundan artq danışmq istəmədiyini vurğulayıb.
Qeyd edək ki, millət vəkili Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynova ilə bağlı Baş prokurora müraciət edərək, onun barəsindəki həbs qəti imkan tədbirinin dəyişdirlməsini istəyib. Deputat eyni zamanda, İlhamə Quliyevanın keçmiş köməkçisinə qarşı etdiyi hərəkətlərə hüququ qiymət verilməsini xahiş edib.(modern.az)
İnterpress.az