Şəhid olan əsgərimiz dəfn edildibackend

Şəhid olan əsgərimiz dəfn edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəfn mərasimində şəhidin döyüş yoldaşları, qəsəbə sakinləri və rayon rəhbərliyi iştirak edib.

1996-cı il təvəllüdlü İmran Mirzəyev iki bacının bir qardaşı olub. Hərbi xidməti başa vurmasına isə 3 aya yaxın vaxt qalıbmış.

Dəfn mərasiminin sonunda şəhidə ehtiram əlaməti olaraq havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, İmran Mirzəyev fevralın 3-də saat 17:50 radələrində Azərbaycan-Ermənistan sərhədində qarşı tərəfin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində şəhid olub. Azərbaycan ordusunun həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Şəhid olan əsgərimiz dəfn edildi

İnterpress.az